Milli Qəhrəman Natiq Qasımovun anası, 1942-ci il təvəllüdlü Dursun Qasımova bu gün Gəncə şəhərində vəfat edib.
Bu barədə NOCOMMENT.az məlumat yayıb.
Mərhumənin sabah Gəncədə dəfn olunması nəzərdə tutulur.
Qeyd edək ki, Dursun Qasımovaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ikiotaqlı, tam təmirli mənzil təqdim edilmişdi.
Xatırladaq ki, Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdi.
Allah rəhmət eləsin.