Milli Təhlükəsizlik Şurası sabah toplanacaqbackend

Milli Təhlükəsizlik Şurası sabah toplanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 28-də keçirilən prezident seçkilərindən sonra Milli Təhlükəsizlik Şurası (MTŞ) prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə sabah ilk dəfə yeni üzvləri ilə bir araya gələcək.

NOCOMMENT xəbər verir ki, Prezident Kompleksində keçiriləcək iclas həm də yeni Nazirlər Kabinetinin ilk MTŞ iclası olacaq.

Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək toplantıya prezident müavini Cevdet Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Musa Avsever və güc komandirləri qatılacaq.

Daha əvvəl Milli Kəşfiyyat Təşkilatının rəhbəri kimi toplantıya qatılan Hakan Fidan xarici işlər naziri, Baş Qərargah rəisi olan Yaşar Gülər ​​Milli Müdafiə Naziri kimi iclasa qatılacaq.