Millimizin baş məşqçisi Qarabağ-ın oyununu izləyəcəkbackend

Millimizin baş məşqçisi Qarabağ-ın oyununu izləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bu gün “Qarabağ” və “Sabah” komandaları arasında keçiriləcək yoxlama oyununu izləyəcək.

NOCOMMENT-in məlumatına görə, italiyalı mütəxəssis “Azersun Arena”da oynanılacaq matça tribunadan canlı tamaşa edəcək.

64 yaşlı baş məşqçi daha əvvəl “Bank Respublika Arena”da “Sabah” – “Qəbələ” oyununa (2:0) baxıb.

Qeyd edək ki, “Qarabağ” – “Sabah” görüşü saat 20:00-da start götürəcək. Bu komandalar arasında Qəbələdə baş tutan sınaq matçında Ağdam təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzmuşdu.