MilliÖN terminallarında Azercell xidməti ləğv edilib? – AÇIQLAMAbackend

MilliÖN terminallarında Azercell xidməti ləğv edilib? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MilliÖN terminallarından Azercell mobil operatorunun xidmətləri götürülüb.

Artıq bir neçə gündür ki, MilliÖN terminallarından istifadə edən şəxslər bu barədə sosial şəbəkələrdə paylaşım edərək, Azercell mobil operatorunun xidmətlərinin ləğv edilməsinin səbəbini öyrənmək istəyirlər.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı MilliÖN şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri İdarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva oxu.az-a açıqlama verib.

O bildirib ki, Azercell mobil operatorunun xidmətlərinin ödənişlərinin MilliÖN terminallarında olmamasının səbəbi tərəflər arasında davam edən danışıqlardır:

“Aparılan danışıqlar zamanı rəhbərlərin qarşılıqlı razılığı əldə olunacağı təqdirdə xidmətlər MilliÖN şəbəkəsində bərpa ediləcək. Onu da qeyd edim ki, regionlarda MilliÖN terminallarının bu istiqamət üzrə ən çox yayılan ödəmə vasitəsi olduğunu nəzərə alaraq, vətəndaşlar tərəfindən xidmətin bərpası ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Hər bir müraciət qeydə alınır”, – deyə operatorun nümayəndəsi vurğulayıb.