Milyarder Vahid Ələkbərov Azərbaycandakı bankına maya qoyurbackend

Milyarder Vahid Ələkbərov Azərbaycandakı bankına maya qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın aylarda Yelo Bank-ın nizamnamə kapitalı 30 milyon manat artırılacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaya bildirib.

“Bankın səhmdarları artıq yığıncaqda qərar qəbul ediblər. Bankın kapitalı 30 milyon manat (31 mart 2020-ci il tarixinə 348 milyon manat) artırılacaq və bu, yaxın aylarda baş verəcək”, – deyə Şurqaya bildirib.

Tanınmış Azərbaycan əsilli iş adamı, “Lukoyl” şirkətinin rəhbəri, milyarder Vahid Ələkbərov “Yelo Bank” ASC-nin əsas səhmdarıdır. O, son 5 ildə dəfələrlə “Yelo Bank”ın kapitalını artrsa da, qeydə alınan zərərlərə görə bankından gəlir götürə bilmir. “Yelo Bank”ın kapitalı azalıb və Vahid Ələkbərovun maliyyə yardımını zəruri edir. / Marja