Milyonlarla smartfon istifadəçisi risk altındadır..! – Siyahıbackend

Milyonlarla smartfon istifadəçisi risk altındadır..! – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyonlarla smartfon istifadəçisinə kritik  təhlükəsizlik xəbərdarlığı göndərilib.

NOCOMMENT.az xəbər verir ki, “Apple” bir çox köhnə model cihazlar üçün “təcili yeniləmə” xəbərdarlığı göndərib. Xəbərdarlıqda milyonlarla istifadəçinin foto və qeydlərinə edilən hücumlardan qorunmağa diqqət çəkilib.

Bəs “Apple” hansı “iPhone” modelləri barədə xəbərdarlıq edib?

Belə ki, “İPhone 5s”, “iPhone 6”, “iPhone 6 Plus”, “iPad Air”, “iPad mini 2”, “iPad mini” 3 və 6-cı nəsil “iPod Touch” istifadəçilərindən iOS 12.5.6 yeniləməsini quraşdırmaları xahiş olunub.

Mövzu ilə bağlı “Apple” açıqlama verib: “Zərərli məqsədlər üçün hazırlanmış veb məzmunun işlənməsi ixtiyari kodun icrası ilə nəticələnə bilər.”

Bu xəbərdarlıq ilə istifadəçinin zərərli sayta daxil olduğu anda onun məlumatlarının təhlükə altında olduğu vurğulanıb.

Şirkət həmçinin sentyabrın 7-də keçiriləcək tədbirlə yeni “iPhone 14”, “iPad”“AirPod“-lar da daxil olmaqla bir sıra məhsullarını təqdim etməyə hazırlaşdıqlarını da qeyd edib.

Jalə Bədirova

NOCOMMENT.az