Mina xəritələri mövzusu çox həssas məqamdır – NAZİRbackend

Mina xəritələri mövzusu çox həssas məqamdır – NAZİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mina xəritələri, mina mövzusu çox həssas məqamdır. Belə mövzu ilə bağlı Ermənistan 2020-ci ildən bəri oyun oynayır.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan əvvəllər belə bir xəritənin mövcudluğunu tamamilə inkar edirdi:

“Sonradan təqdim edilən isə tamamilə yararsız kağızlardır. Ermənistanın minanı döşədiyini, amma harada olduğunu bilməməsini deməyi absurddur. 480 km uzunluqda, 2 km dərinlikdə 960 kv.km ərazi son 3 il ərzində tamamilə minalanıb”.