Mina xəritələrinə amerikalılar zamin durdular – VİDEObackend

Mina xəritələrinə amerikalılar zamin durdular – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Buralar minalarla doludur, buradan sağa-sola getmək olmaz. 15 əsir verdik, Ağdam rayonunun bütün mina xəritələrini aldıq”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yolboyu söhbətində bildirib.

Ərdoğanın – “Dedikləri yer doğru çıxdı?”, – sualına İlham Əliyev – “Doğrudur. Çünki amerikalılar zamin durdular. Tək bir rayonda 97 min mina basdırılıb”, – cavabını verib.

Azərbaycan Prezidenti onu da qeyd edib ki, bu minalardan 54 mini tank, qalanları isə piyada əleyhinədir.