Minaatan bölmələrimiz hədəflərə döyüş atışları yerinə yetirirbackend

Minaatan bölmələrimiz hədəflərə döyüş atışları yerinə yetirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minaatan qurğuları tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.

Bu barədə NOCOMMENT.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir.

Məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqları icra olunur.

Təlimə cəlb olunan şəxsi heyət hədəfləri sərrast atəşlə məhv edir.