Minatəmizləmə Agentliyinin 60 minlik satınalması ləğv edilibbackend

Minatəmizləmə Agentliyinin 60 minlik satınalması ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” Publik Hüquqi Şəxs İT avadanlıqları və aksesuarlarının satınalınması üzrə elan etdiyi tenderi ləğv edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin ləğv edilməsinə səbəb satınalmada iştirak etmək üçün təklif vermiş və tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olmasıdır (36.1.1 maddə).

Qanuna əsasən, iştirakçıların sayı kifayət etmədiyi üçün tender ləğv edilib. Əvvəlcədən ehtimal olunan qiymət 60.515,72 manat təşkil edirdi.