Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi mal-materiallar və alət-avadanlıqların satın alınması üzrə tenderin qalibi müəyyənləşib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib şirkət “TEXNOPARK AS” MMC olub.
Tərəflər arasında dəyəri 126.125,88 manatlıq müqavilə bağlanacağı gözlənilir.
Alınacaq mallar sırasında ağac emalı dəzgahı üçün çarx daşı və mişar, şrup taxta materialı, elektrik kabeli, kompressor aparatı üçün şlank və tapança, ağac emalı dəzgahı üçün remen, kreslo üçün amortizator və digər avadanlıqlar var.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.