Mingəçevir su anbarında boğulan şəxsin kimliyi məlum olub – YENİLƏNİBbackend

Mingəçevir su anbarında boğulan şəxsin kimliyi məlum olub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir su anbarında boğulan şəxsin kimliyi məlum olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Ramiz Kazımov ailəsi ilə birgə Mingəçevirə istirahətə gedib, su anbarında çimərkən boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

19:39

Mingəçevir su anbarında çimən şəxs boğulub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, öz ailəsi ilə birgə istirahətə gedən şəxs Mingəçevir su anbarında çimərkən batıb.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.