Mingəçevirdə 25 yaşlı qadın qətlə yetirilib, əri polisə təslim olubbackend

Mingəçevirdə 25 yaşlı qadın qətlə yetirilib, əri polisə təslim olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

NOCOMMENT.az xəbər verir ki, Mingəçevir şəhər prokurorluğundan apa-ya verilən məlumata görə, iyunun 21-də saat 13 radələrində Mingəçevir şəhəri, Yeni həyat qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü Aygün Vəliyevanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1990-cı il təvəllüdlü Elçin Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Aygün Vəliyevaya xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.