Mingəçevirdə 80 yaşlı kişini qadın qonşusu bıçaqladı – ŞOK HADİSƏbackend

Mingəçevirdə 80 yaşlı kişini qadın qonşusu bıçaqladı – ŞOK HADİSƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az-ın Qarabağ üzrə bölgə müxbirinin məlumatına görə, hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib.

Mübahisə zamanı 1940-cı il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb.

O dərhal yaxınlarının köməyi ilə Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasının cərrahiyyə Şöbəsinə catdırılıb. Xəstə dərhal əməliyyata götürülüb. Həkimlərin söylədiyinə görə xəstənin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

NOCOMMENT.az