Binaya yaxınlaşanda üfunət açıq-aydın hiss edilir. Bu vəziyyətin yaranmasına səbəb kanalizasiya borularında yaranan nasazlıq, zirzəmiyə axan çirkab sulardır.
NOCOMMENT.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Mingəçevir şəhəri Məmmədəmin Rəsulzadə küçəsi 1 ünvanında yerləşən 5 mərtəbəli binanın sakinləri uzun müddətdir bu vəziyyətdən əziyyət çəkirlər.
Sakinlər bildirir ki, binanın daxili boruları dəyişdirilsə də, bayıra çıxan xətlər yenilənmədiyindən çirkab sular zirzəmiyə axır.
100-ə yaxın sakini olan binanın vəziyyəti ilə bağlı adiyyəti qurumlara dəfələrlə müracət edilsə də, heç bir nəticə olmayıb.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: