Mingəçevirdə hərbçi su anbarında boğuldubackend

Mingəçevirdə hərbçi su anbarında boğuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir su anbarında çimən şəxs boğulub.

NOCOMMENT-in unikal-a istinadən məlumatına görə, hadisə Mingəçevir su anbarındakı çimərliklərdən birində baş verib. 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Bayramov Namizəd İsrayıl oğlu suda çimərkən boğularaq ölüb.

Meyit Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış qrupu tərəfindən sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Namizəd Bayramovun müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.