Mingəçevirdə kütləvi dava: saxlanılanlar varbackend

Mingəçevirdə kütləvi dava: saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 12-də Mingəçevirdə baş vermiş dava-dalaş nəticəsində şəhər sakini Məhəmməd Eyyubovun bıçaqlanması, Ağdam rayon sakini Bürhan Əsədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan NOCOMMENT.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılıb, zərərçəkmişlərin və şahidlərin izahatı alınıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq əməlini törətməkdə şübhəli bilinən qardaşlar – Hüseyn və Akşin Hüseynovlar, eləcə də Məhəmməd Alıyev saxlanılıb.

Onlar ifadələrində mübahisənin söyüşə görə baş verdiyini bildiriblər.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanılıb.