Mingəçevirdə tələbəni avtomobil vuraraq öldürüb – YENİLƏNİBbackend

Mingəçevirdə tələbəni avtomobil vuraraq öldürüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 20-si saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində piyadalardan biri – 2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

20:15

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən və xəsarət alan piyadaların kimliyi məlum olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, dünyasını dəyişən piyada, Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Nazlı Hüseynova, müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən digər piyada isə Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü İ.Sadıqzadədir.

N.Hüseynova Mingəçevir şəhər Turizm Kollecində təhsil alırmış.

Qeyd edək ki, Mingəçevir şəhər Müslüm Maqomayev prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobil 2 piyadanı vurub.

19:55

Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, avtomobil iki piyadanı vurub. Onlardan biri aldığı xəsarətlərdən dünyasını dəyişib.

Digər zərərçəkən isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.