Mingəçevirin bəzi ərazilərində qazın verilişi dayandırıldıbackend

Mingəçevirin bəzi ərazilərində qazın verilişi dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir şəhərində bəzi küçələrdə qazın verilişi dayandırılıb.

NOCOMMENT.az KONKRET.az xəbər verir ki, Mingəçevir xidmət sahəsinin xidməti ərazisi olan Ü.Hacıbəyov küçəsində yerləşən qaz kəmərində sızma aşkarlanıb.

Yaranmış problemin həlli istiqamətində işlərə başlanılıb.

Bu səbəbdən şəhərin Ü.Hacıbəyov, R.Rza, 20 Yanvar, İ.Qayıbov və V.Abdullayev küçələrində qaz təchizatı dayandırılıb.

Qeyd edək ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.