Mini-futbol turnirinə yekun vuruldu – Fotolarbackend

Mini-futbol turnirinə yekun vuruldu – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş həsr olunmuş mini-futbol çempionatı başa çatıb.

Bu haqda NOCOEMMENT.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 14-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyi Aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 34 komandası iştirak edib.

İyunun 25-də keçirilən final görüşündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Azərlotereya” ASC-nin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərlotereya” ASC-nin komandası qalib gəlib. 3-cü yerin sahibi isə Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı komandasıdır.

Çempionatda ilk 3 yeri tutan komandalara və nominasiyalar üzrə fərqlənən idmançılara fəxri fərman, pul mükafatı və hədiyyələr, çempionatın qalibinə isə kubok və pul mükafatı təqdim edilib.