Gəncə Şəhər Birləşmiş Xəstəxanasından NOCOMMENT.az-a verilən məlumata görə, 27.11.2025-ci il tarixində saat 16:50 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2004-cü il və 2005-ci il təvəllüdlü şəxslərə sol bazu sümüyünün, qabırğaların və biləyin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
***
Gəncədə qəza olub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Şəfi Vazeh küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını “Baku Bus”a məxsus sərnişin avtobusuna çırpılıb.
Qəza zamanı bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar 2005-ci il təvəllüdlü R.Quliyev, 2005-ci il təvəllüdlü Ə.Abdullayevdir. Hadisə yerində dünyasını dəyişən şəxs isə 2006-cı il təvəllüdlü Qurban Cabbarov olub.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.














