Minlərlə insan gözləyir: Polisdə qeydiyyat bərpa edilib? – RƏSMİbackend

Minlərlə insan gözləyir: Polisdə qeydiyyat bərpa edilib? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyiniz kimi, ötən ilin yanvarında Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vaxtilə polis orqanlarının binalarında qeydiyyata düşmüş vətəndaşların hamısı qeydiyyatdan çıxarılıb.

Bu isə çox sayda insana problem yaradıb. Nazirlik bu addımın sui-istifadə hallarının qarşısını almaq üçün atıldığını bildirib.

Lakin son günlər yenidən polisdə müvəqqəti qeydiyyata düşməklə bağlı məsələ gündəmə gəlib. Maraqlıdır, qeydiyyatı olmayanların polisdə təkrar qeydiyyatı başlayıbmı?

NOCOMMENT.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər:

“Qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır. Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir”.