Minlərlə məhkum cəzadan tamamilə azad edilib – RƏSMİbackend

Minlərlə məhkum cəzadan tamamilə azad edilib – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin Fərmanı əsasında cinayət qanunvericiliyinə edilən mühüm dəyişiklər nəticəsində 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yeni qanunların tətbiqi ilə 3300-dən artıq məhkumun isə cəza müddəti azaldılıb.

Eyni zamanda iclasda COVİD-19 infeksiyasının qarşısının alınması ilə bağlı ötən il həyata keçirilən tədbirlər, o cümlədən beynəlxalq tövsiyələr də nəzərə alınmaqla məhkəmələrdə işlərə baxılmasının məhdudlaşdırıldığı, zəruri profilaktik və preventiv işlərin görüldüyü bildirilib.

“Məhkəmə proseslərinin «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə distant aparılması üçün xüsusi proqram modulu hazırlanıb, bir çox işlərə video bağlantı ilə baxılıb. Operativ olaraq qanunvericiliyə dəyişikliklərin edilməsi cinayət işlərinə də bu formatda baxılmasına imkan verib”, – deyə məlumatda qeyd olunub.