Minlərlə sürücünün vəsiqəsi əlindən alındı – Deputatdan sərt etirazbackend

Minlərlə sürücünün vəsiqəsi əlindən alındı – Deputatdan sərt etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət tədbirlərinin görülməsi bu hüquqazidd hərəkətlərə yol verən şəxslər tərəfindən qeyd olunan neqativ hallardan çəkinməsinə gətirib çıxarır. Hər kəs birmənalı qanunlara tabe olmalıdır. Burada sual yaranır: biz problemi doğrudanmı həll edirik, yoxsa sadəcə, qayda pozuntusuna görə məsuliyyətə cəlb edirik?”.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, bir neçə ayın içində qaydalara riayət etməyərək təyin olunmuş balı keçən və bununla da sürücülük vəsiqəsi məhdudlaşdırılan insanlar var:

“Bu adamların alternativi yoxdur. İctimai nəqliyyat hər yerdə əlçatan deyil. Əgər məqsəd təhlükəsizlikdirsə, o zaman yol nişanları, yol xətləri, işıqlandırma, piyada keçidləri, ağıllı nəzarət sistemlərini inkişaf etdirməliyik”.

Deputat təklif edib ki, bu sahədə islahatlar aparılmalıdır. /Globalinfo/