Vaşinqtonun maraqlarından söhbət gedəndə BMT-nin əsas müddəalarına məhəl qoyulmur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov BMT Baş Assambleyasının sessiyasında bildirib.
O xatırladıb ki, BMT-nin universal qanunu istisnasız olaraq hamıya bərabər inkişaf hüququ və ayrı-seçkilik olmadan ümumi əmtəələrə, resurslara və texnologiyalara bərabər çıxış imkanı verir.
“Bəs bu yanaşma Qərb üçün məqbuldurmu? Aydındır ki, yox”, – Rıjenkov qeyd edib.
Nazirin sözlərinə görə, Qərb ölkələrinin əsas marağı dominantlığı saxlamaq və öz elitalarının rifahını təmin etməkdir.
“Bütün BMT prinsipləri ABŞ və onun peyklərinin sözdə həyati maraqlarına gəldikdə ən uzaq rəfə atılır”, – Rıjenkov vurğulayıb.
Bundan əlavə, Qərb öz opponentlərinə qarşı “qanunsuz sanksiyalar” tətbiq edir, – deyə o, davam edib.
“Bu, adi insanlar üçün yalnız iztirablara və təlatümlərə səbəb olan bütün rəngli inqilabların xarakteridir. Bu, Qərbin yoludur”, – deyə o vurğulayıb.