Minsk Qrupunun işi iflic olub – Rusiya XİNbackend

Minsk Qrupunun işi iflic olub – Rusiya XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiyaya bu qurumun işini bərpa etməyə hazır olub-olmadıqları barədə siqnal göndərməyiblər.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bizə belə siqnallar daxil olmayıb. Biz onları gözləmirik”, – deyə Zaxarova bildirib.

XİN rəsmisi qeyd edib ki, ABŞ və Fransa Rusiyanın iştirakı ilə əməkdaşlıqdan imtina etməklə faktiki olaraq ATƏT-in Minsk Qrupunun üç həmsədrinin vaxtilə yaxşı əlaqələndirilmiş işini iflic ediblər.