Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Maksim Rıjenkov bildirib ki, Minsk və Moskva 2024-cü ilin dekabrında təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaqlar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
O vurğulayıb ki, sənəd nüvə, eləcə də adi silahlardan istifadə prinsipini və iki dövlətin müdafiəsinin digər üsullarını əks etdirəcək.
Rıjenkov əlavə edib ki, sazişin İttifaq Dövləti haqqında Müqavilənin imzalanmasının 25-ci ildönümünə qədər həyata keçirilməsi planlaşdırılır.