MiQ-29 DƏHŞƏTLİ QƏZA törətdi: pilotlardan biri tapılmırbackend

MiQ-29 DƏHŞƏTLİ QƏZA törətdi: pilotlardan biri tapılmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda təyyarə qəzası olub.

NOCOMMENT.az xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinə məxsus “Vikramaditya” təyyarə gəmisindən havaya qalxan MiQ-29K qırıcısı Ərəbistan dənizinin səmasında qəzaya uğrayıb.

“Times of India”nın məlumatına görə, pilotlardan biri tapılıb, ikincisinin axtarışı davam edir.

Hindistan Hərbi Dəniz Qüvvələri hadisə ilə bağlı istintaqa başlayıb. Hadisənin səbəbləri hələ açıqlanmayıb.

Qeyd edək ki, Hindistan donanmasının arsenalında “Vikramaditya” təyyarə gəmisində (keçmiş Sovet gəmisi “Admiral Gorşkov”) istismarda 36 Rusiya istehsalı MiQ-29K qırıcısı mövcuddur. Digər 65 MiQ-29 təyyarəsi isə Hindistan Hərbi Hava Qüvvələrindədir.
Publika.az