Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, vakansiya seçimi mərhələsinin nəticələri müsabiqədə iştirak edən namizədlərin şəxsi kabinetinə göndərilib.
Xatırladaq ki, MİQ-in test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakansiya seçiminə buraxılıblar.\\Bakupost.az