MİQ-lə bağlı müəllimləri şantaj edən danışdı: “WhatsApp” qrupunu təxribat üçün yaradıblarbackend

MİQ-lə bağlı müəllimləri şantaj edən danışdı: “WhatsApp” qrupunu təxribat üçün yaradıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil eksperti Elşən Qafarovun müəllimlərə hədə-qorxu gəlmə səsyazısı böyük ictimai rezonans doğurub.

Yenisabah.az xəbər verir ki, Qafarov MİQ-in keçirdiyi imtahanlarda qanunsuzluqlara etiraz edən müəllimləri şantaj edib. Bu yolla o, narazı müəllimləri şikayətçi olmaqdan çəkindirməyə çalışıb.

NOCOMMENT.az xəbər verir ki, E. Qafarov Yenisabah.az-a açıqlamasında qalmaqala rəyini bildirib:

“Dünən “WhatsApp” şəbəkəsində bir qrup yaradılmışdı. Mən də bu qrupa müəllimlərdən biri tərəfindən əlavə edilmişdim. Qrupda məni də admin eləmişdilər.

Həmin qrupda Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilməsi təklif edilmişdi. MİQ imtahanında mənfi nəticə əldə edən bir qrup müəllim ixtişaş yaratmaq və ictimai asayişi pozmağa təhrik edən çağırışlar etmişdilər.

Bunu görən kimi MİQ qrupunda konfrans açaraq yoldaşlara izah etdim ki, bu təxribatdır. Kiminsə narazılığı varsa sivil qaydada və ya elektron şəkildə TN-ə şikayət eləsin, nazirliyin, eləcə də təhsil nazirinin sosial şəbəkə hesablarına müraciət edərək şikayətlətini çatdırsınlar.

İstənilən halda polisi məlumatlandırmadan keçirilmiş aksiya qanunvercilik çərçivəsində tədbirlərə gətirib çıxaracaq və nəticə etibarilə çağırışa aldanan müəllimlər haqqında tədbirlər görüləcək”.

E. Qafarov bildirib ki, qrupun təxribat üçün yaradıldığı sonradan ona məlum olub:

“Məlum oldu ki, “WhatsApp” şəbəkəsindəki qrupu Əlizadə soyadlı müəllimə açıb, eyni zamanda, Mingəçevir şəhərində yaşayan, hazırda müəllim işləməyən və MİQ müsabiqəsində də iştırak eləməyən, amma özünü təlimçi adlandıran Əfsanə Abdullayeva adlı şəxs qrupa səs atıb. Həmin səsdə deyilir ki, “polisdən icazə almaq lazım deyil və 100 nəfər şəxslə TN-nin qarşısına getmək lazımdır”.

Buna görə mən sərt reaksiya verdim ki, evdə oturub insanları küçələrə dəvət etmək doğru hərəkət deyil. Bir daha sözümün üstündə duraraq bildirirəm ki, müəllimə yaraşan formada, elektron və ya yazılı formada müraciət edib şikayətlərini bildirsinlər. Həmin səs də bu formada qeydə alındı”.