MİQ üzrə müsahibəyə qatılmayan iştirakçılara ikinci şans verilir? – RƏSMİ CAVABbackend

MİQ üzrə müsahibəyə qatılmayan iştirakçılara ikinci şans verilir? – RƏSMİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb. Ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 22-dək davam edib.

 

NOCOMMENT.az xəbər verir ki, İnsan Resursları Mərkəzindən (İRM) verilən məlumata görə, bu günə qədər 738 iştirakçı müsahibəyə gəlməyib.

 

Belə ki, riyaziyyat, informatika, musiqi, rus dili, fransız dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 14 avqustda təşkil olunan müsahibədə 182 nəfər, 15 avqustda 177 nəfər, 16 avqustda 191 nəfər, 19 avqustda 63 nəfər, 20 avqustda 69 nəfər, 21 avqustda isə 56 nəfər iştirak etməyib.

 

Bəs MİQ üzrə müsahibəyə qatılmayan iştirakçıları nə gözləyir?

 

İRM-dən bildirilib ki, müsahibədə iştirak etməyən namizədlər üçün təkrar müsahibə keçirilmir.

 

“Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq”, – məlumatda qeyd olunub.