Miqrant işi üzrə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri həbs edilibbackend

Miqrant işi üzrə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moskvada məhkəmə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Popovanı həbs edib.

Moskvanın Taqanski Məhkəməsi Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Nadejda Popovanı ev dustaqlığına məhkum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru-ya məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Qadın 2024-cü il sentyabrın 21-dək həbsdə qalacaq. Bu müddət ərzində ona müəyyən qadağalar və məhdudiyyətlər qoyulub.

Popova rüşvət alma və qeyri-qanuni miqrasiyanın təşkili maddələri üzrə cinayətlərdə ittiham olunur. “İzvestiya ”nın mənbəsinə görə , o, əslində təhsil almağı planlaşdırmayan əcnəbiləri təhsil vizası ilə dəvət edib. Hər belə vizanın qiyməti 80 min rubl təşkil edir.

Bundan əvvəl bildirilmişdi ki, Moskva vilayətində polis anbarda MDB və Afrikadan olan 120 qeyri-qanuni miqrantı müəyyən edib.