Miqren ağrılarını 15 dəqiqəyə aradan qaldıran burun spreyibackend

Miqren ağrılarını 15 dəqiqəyə aradan qaldıran burun spreyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbəbi həll edilə bilməyən və dəqiq bir müalicəsi olmayan miqren üçün tibb dünyasında əhəmiyyətli bir inkişaf baş verib. Migreni aradan qaldıra bilən, sürətlə sorulan burun spreyi istehsal edilib.

NOCOMMENT xəbər verir ki, bu sprey ABŞ Qida və Dərman İdarəsi tərəfindən təsdiqlənib.

Miqrenli bir çox insanın şiddətli ürək bulanması yaşadığı və udmaq məcburiyyətində qaldıqları dərmanlara dözə bilmədiyi üçün burun spreyinin hazırlandığı bildirilir. The Lancet Neurology jurnalında dərc edilən təcrübə, 10 milliqramlıq bir dozada Zavzpret qəbul edən təxminən 24 nəfərin simptomlarının iki saat ərzində keçdiyini göstərdi.
Migren bütün dünyada insanların yüzdə 10-dan çoxunu təsir edir və qadınlarda kişilərə nisbətən təxminən 3 dəfə daha çox rast gəlinir.