Miqren ağrıları hətta dərmanla belə səngiməytən güclü baş ağrısıdır.
NOCOMMENT.az xəbər verir ki, medicina miqren zamanı ağrıları xəfiflədən xalq təbabəti reseptlərini təqdim edir:
Bal və şəkər ilə yaşıl çay. Bu, miqren hücumunu aradan qaldırmağın sürətli və əlverişli bir yoludur. Hətta həkimlər tərəfindən ilk yardım kimi tövsiyə olunur.
Xüsusi məhlul: 1 xörək qaşığı duz, 1 litr su, 10 ml kamfora spirit qarışdırılır. 1 həftə sərin yerdə saxlanılır.
Şiddətli baş ağrısının ilk əlamətində hazırlanmış məhluldan bir çay qaşığı götürün bir stəkan təmiz suya əlavə edib tez için.
Alma sirkəsi – miqren tutanda, qaranlıq otaqda uzanıb, boynu, başı alma sirkəsi ilə masaj edib, eləcə də 1 stəkan suya 1 qaşıq alma sirkəsi qatıb için.
Bütün bunlar köməkçi vasitələrdir, müalicə deyil. Miqren üzrə müasir protokollar və yeni dərmanlar var.