Mircəlal 34 ünvanında “ev təmiri” adı altında qanunsuz tikinti – kimlər himayə edir? – VİDEObackend

Mircəlal 34 ünvanında “ev təmiri” adı altında qanunsuz tikinti – kimlər himayə edir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Mircəlal 34 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində “ev təmiri” adı ilə aparılan işlər əslində yeni obyektin qanunsuz artırılması ilə müşahidə olunur.

NOCOMMENT.az xəbər verir ki, ərazidə yaşayan sakinlərin sözlərinə görə, sahibkar binanın konstruksiyasına müdaxilə edib, yaşıl ərazidəki bir neçə ağacı da kəsərək təbiətə ciddi ziyan vurub.

Maraqlıdır, paytaxtın mərkəzində yerləşən yaşayış binasında bu qədər açıq şəkildə qanunsuz tikintinin aparılmasına kimlər göz yumur? Ağacların kəsilməsinə və ekosistemə vurulan ziyana görə kim cavab verəcək?