Miri Yusif Türkiyəyə istirahətə necə gedib – FOTOLARbackend

Miri Yusif Türkiyəyə istirahətə necə gedibFOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Xalq artisti iyunun sonunda xanımı Nərgiz Mirbabayeva və övladları ilə birgə xüsusi açılmış Bakı-İstanbul-Bakı reysi ilə Türkiyəyə yola düşüb. Onlar tətil zamanı çəkdirdikləri fotoları sosial şəbəkə hesablarında paylaşıblar. Miri Yusif “Türkiyəyə necə getmisən?” sualına turizm şirkətinin adını “tag” edərək “qısa cavab” – şərhini verib.

Qeyd edək ki, müxtəlif zəruri səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq məqsədilə iyundan başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə mütəmadi xüsusi reyslər həyata keçirilir.

Qafqazinfo