Mirzəyev: Siyəzəndə yanğınlar neft quyusuna çatarsa..backend

Mirzəyev: Siyəzəndə yanğınlar neft quyusuna çatarsa..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzəndə yanğınlar neft quyularına çatarsa ciddi fəsadlar yaranar.

NOCOMMENT.az xəbər verir ki, bunu Xaçmazda yanğın təhlükəsizliyi mövzusunda sahibkar və fermerlərlə keçirilən görüşdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, Siyəzən rayonunda baş verə biləcək yanğınların söndürülməsinə aylarla vaxt sərf oluna bilər:

“Siyəzəndə vəziyyətə daha ciddi və məsuliyyətli şəkildə nəzarət olunmalıdır. Siyəzəndə baş verə biləcək yanğın daha ciddi və təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Əgər baş verən yanğınlar rayon ərazisindəki neft quyularına çatarsa ciddi fəsadlar yaranar. Bundan başqa Siyəzən rayonu ərazi baxımından mürəkkəb relyefə malikdir. Bu da baş verə biləcək yanğınların söndürülməsinə əngəl yaradan amillərdən biridir”.

E.Mirzəyev həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin və cavabdeh qurumların əməkdaşlarına yanğın təhlükəsizliyi tədbirlərini daha ciddi və məsuliyyətlə yanaşmaları barədə tapşırıqlar verib.