Mirziyayevin Əliyevə bu jestinin mənası…backend

Mirziyayevin Əliyevə bu jestinin mənası… 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan Prezidenti Şövkət Mirziyayevin İlham Əliyevi yola salarkən hava limanında etdiyi bu jestin mənası dərin hörməti, əbədi dostluğu, birlik və bərabərliyi ifadə edir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Diplomat vurğulayıb ki, bu jest mahiyyət etibarilə “Teknofest Azərbaycan“ festivalının sonunda ölkə başçılarının verdiyi mesajla oxşardır.

Qeyd edək ki, 21-22 iyunda Özbəkistanda rəsmi səfərdə olan İlham Əliyevi Ürgənc Beynəlxalq Hava Limanından vətənə Şövkət Mirziyayev şəxsən yola salıb. Mirziyayevin yolasalma mərasimində İlham Əliyevə etdiyi jest sosial şəbəkələrdə geniş maraq və rəğbətlə qarşılanıb.