Mirzoyan Abdullahyana Azərbaycandan danışdıbackend

Mirzoyan Abdullahyana Azərbaycandan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və İran xarici işlər nazirləri Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahiyan Cenevrədə regionda “təhlükəsizlik və sabitlik məsələlərini” müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, xarici işlər nazirləri ikitərəfli formatda, eləcə də çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Qarşılıqlı maraq doğuran birgə səylərə, o cümlədən enerji, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində sərmayə qoyuluşu vurğulanıb.

Görüşdə Ararat Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində baş verən son hadisələri təqdim edib.
publika.az