Mirzoyan: Ermənistan KTMT kimi işləməyən mexanizmin tərkib hissəsi olmaq istəmirbackend

Mirzoyan: Ermənistan KTMT kimi işləməyən mexanizmin tərkib hissəsi olmaq istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ilə münasibətlərdə müəyyən problemlər və aydınlıq gətirilməsi vacib olan məsələlər mövcuddur”.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu “Al-Jazeera” telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, tərəflər arasında bu məsələlər üzrə dialoq aparılır:

“Burada söhbət xüsusi diqqət və qarşılıqlı anlaşma tələb edən məsələlərdən gedir. Məncə, analoji problemlər bütün münasibətlərdə mövcuddur. Əvəzində isə Avropa İttifaqı və ABŞ daxil olmaqla digər tərəfdaşlarımızla münasibətlərimizi möhkəmləndiririk. Bura həm demokratik islahatlar, həm də Ermənistan-Azərbaycan sərhədi boyunca sabitliyin təminatı daxildir. İkinci ildir ki, sərhədlərimizə Avropa İttifaqının müşahidə missiyasının olması mövcud sabit vəziyyətin qorunmasına xidmət edir”.

O həmçinin ölkəsinin hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu xatırladıb.

Mirzoyan qeyd edib ki, hərbi-siyasi təşkilat olan KTMT-nin vəzifəsi üzv dövlətlərin sərhədlərini qorumaqdır, amma onların səssizliyi Ermənistan cəmiyyətində müəyyən suallar doğurub.

“Biz KTMT kimi işləməyən bir mexanizmin tərkib hissəsi olmaq istəmirik”, – nazir deyib.