Mirzoyan Ermənistanın niyyətini AÇIQLAYIBbackend

Mirzoyan Ermənistanın niyyətini AÇIQLAYIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan ilin sonunadək 4 ölkədə diplomatik nümayəndəlik açmaq niyyətindədir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dövlət büdcəsinin icrası ilə bağlı müzakirələrdə deyib.

O, artıq İranın Təbriz şəhərində Baş Konsulluğun açılmasına qərar verildiyini bildirib.

“Təbrizlə yanaşı, Kipr və Serbiyada da diplomatik nümayəndəliklərin açılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər aparılır. Eyni zamanda, Macarıstanla qarşılıqlı şəkildə səfirliklərin fəaliyyətə başlaması da planlaşdırılır”, – deyə Mirzoyan qeyd edib.