Mirzoyan: Sülh üçün real imkan varbackend

Mirzoyan: Sülh üçün real imkan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionda uzunmüddətli sülhün bərqərar olması üçün real imkan var.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun iclasının açılışında deyib.

Nazir qeyd edib ki, aprelin 5-də Brüsseldə yüksək səviyyəli görüş keçirilib, bunun nəticəsində əməkdaşlığın genişləndirilməsi və Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üçün böyük potensial əldə olunub.

Mirzoyan Ermənistanın ərazi bütövlüyü və suverenliyinə ardıcıl dəstək verməklə yanaşı, ABŞ-ın layiqli sülhün bərqərar olunmasında iştirakını qeyd edib. Bu kontekstdə Mirzoyan Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılmasına və Almatı bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sərhədlərin delimitasiyası prosesinə sadiqliyini bir daha təsdiqləyib.

Nazirin sözlərinə görə, regionda davamlı sülh üçün yeni qapı aça biləcək sülh müqaviləsi layihəsini reallaşdırmaq üçün tarixi real məqam var.

XİN rəhbəri rəsmi İrəvanın “Sülh kəsişməsi” təşəbbüsündə əksini tapan suverenlik, ölkələrin bərabərliyi və qarşılıqlılıq əsasında bütün regional kommunikasiyaların açılmasında maraqlı olduğunu vurğulayıb./yenisabah.az