Mirzoyan Türkiyəyə gedirbackend

Mirzoyan Türkiyəyə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə Antalya Diplomatik Forumunda iştirak edəcək.

NOCOMMENT Axar.az-a istinadla xəbər verir ki, bu barədə nazir parlamentdə çıxış edən zamanı deyib.

O, Ankaranın dəvətini qəbul etdiyini söyləyib.

Nazirin sözlərinə görə, forum çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də istisna edilmir:

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələrintəmasları yaxın gələcəkdə planlaşdırılmır. Ölkələr arasında hava yolu ilə yüklərin daşınmasına qoyulan qadağa artıq aradan qaldırılıb. Digər məsələlərlə bağlı razılaşmalar isə uzaqda deyil”.