Mişa həbsini xırdalığına qədər düşünüb – Yeni xanımıbackend

Mişa həbsini xırdalığına qədər düşünüb – Yeni xanımı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tiflisdə saxlanıldıqdan sonra yeni həyat yoldaşının olduğu haqda əvvəlcədən hazırladığı video yayılıb.

NOCOMMENT.az xəbər verir ki, videonu ukraynalı deputat Yelizaveta Yasko yayıb.

O bildirib ki, Saakaşvili videonu Gürcüstana getməzdən öncə çəkib və həbs olunacağı halda yayılmasını istəyib.

Saakaşvili videoda müraciət edir və deputat Yelizaveta Yasko ilə birgə yaşamaq barədə qərar verdiklərini elan edir.

“Liza ilə birgə yeni həyata başladığımızı bildirmək istəyirik”, – deyə gürcü siyasətçi video-müraciətində bildirib.

Saakaşvili bundan öncə Niderland vətəndaşı Sandra Rudolfs ilə ailə qurmuşdu. Onların iki oğlu var.

Qeyd edək ki, Saakaşvili bu gün Tiflisdə saxlanılıb.
Axar.az