Mişeldən Brüssel görüşü barədə paylaşımbackend

Mişeldən Brüssel görüşü barədə paylaşım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah – avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüş keçiriləcək. Görüş Brüsseldə baş tutacaq.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüş öncəsi öz Tvitterində paylaşım edib.

O qeyd edib ki, dördüncü Brüssel görüşündən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi yaradıb.