NOCOMMENT.az xəbər verir ki, Misir hökuməti Qəzza zolağında atəşkəsin uzadılması ilə bağlı Fələstin-İsrail münaqişəsinin bütün tərəflərindən müsbət siqnallar alıb.Bu barədə RİA Novosti Misirin “Al Qahera News” telekanalına istinadən məlumat yayıb.
Materialda İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəsin bir neçə gün müddətinə uzadılmasından söhbət getdiyi göstərilir. Bu təşəbbüsün məqsədi daha çox israilli girovları və fələstinli məhbusları azad etməkdir.
“Misir Qəzza zolağında atəşkəs müddətinin uzadılması ilə bağlı bütün tərəflərdən müsbət siqnallar alıb”, – nəşr aydınlaşdırır.
Agentlik həmçinin Əl-Ərəbiyyə telekanalına istinadən məlumat yayıb ki, danışıqlarda Misir və Qətər hakimiyyət orqanlarının nümayəndələri iştirak edir. Ərəbdilli telekanalın məlumatına görə, tərəflər atəşkəsin daha iki gün davam etdirilməsi ilə bağlı razılığa gələ bilərlər.