Misir və Sübhanın həbsi ilə bağlı apellyasiya şikayəti veriləcəkbackend

Misir və Sübhanın həbsi ilə bağlı apellyasiya şikayəti veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada iki azərbaycanlının həbsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

NOCOMMENT.az xəbər verir ki, həbs edilən azərbaycanlıların vəkili Valeri Dobranitsanın Report-a verdiyi məlumata görə, ötən gün Kiyev vilayətinin Obuxovski rayon məhkəməsində Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyev 8 il azadlıqdan məhrum ediliblər.

“Biz məhkəmədən ədalətli qərar gözləyirdik. Amma təəssüf ki, qeyri-qanuni qərar verildi. İndi Kiyev apellyasiya məhkəməsinə şikayət verməyə hazırlaşırıq. Çünki hökmə qədər məhkəməyə tərəfimizdən dəfələrlə faktlar təqdim olunub ki, bu prosesin predmeti saxtalaşdırılıb. Amma təəssüf ki, nəzərə alınmadı. Bu 1 il 8 ay müddətində biz prokurorlardan Azərbaycan vətəndaşlarının günahını təsdiq edən bir fakt eşitmədik. İttihamları uydurma hesab edirik. Bunu hətta zərərçəkmiş şəxsdən də eşitdik”, – vəkil bildirib.

Onun sözlərinə görə, dəlil kimi göstərilən geyimlər də şübhəlidir:

“Şalvarda qan izləri var, amma heç bir ot, torpaq izi filan yoxdur. Halbuki zərərçəkmiş şəxs deyir ki, onu yerdə sürüyüblər və bunun bir izləri olmalı idi”.

Vəkil qeyd edib ki, iş gedən dövrdə dəfələrlə Azərbaycanın Ukraynadakı Səfirliyinə müraciət edilib:

“Onlardan aldığım cavab məktublarında bildirilirdi ki, hər şey qanun çərçivəsində həll olunacaq. Lakin təəssüf ki, biz yekunda heç cür qane etməyən məhkəmə qərarı gördük. Biz dayanmayacağıq, mübarizəmizi davam etdirəcəyik. Appelyasiya qane etməsə, Ali Məhkəməyə müraciət edəcəyik. Çünki əvvəldən də dediyim kimi, bu iş düzgün aparılmayıb. Misirgil qeyri-qanuni həbs olunublar”.