Misirdə maraqlı hadisə – gülən mini sfinks tapıldıbackend

Misirdə maraqlı hadisə – gülən mini sfinks tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin cənubundakı qədim məbəddə aparılan qazıntı zamanı Roma İmperatoru Klavdiyi təmsil etdiyi güman edilən gülən mini sfinks tapılıb.

NOCOMMENT xəbər verir ki, arxeoloqlar Qahirənin 450 kilometr cənubunda, Qena əyalətindəki Dendera məbədində iki mərtəbəli məqbərənin içərisində müxtəlif əsərlər tapıblar.

Qazıntıda tapılan gülər üzlü və iki çuxurlu əhəngdaşı sfenksinin Roma İmperatoru Klavdiyi təmsil etdiyi güman edilir.

Qeyd edək ki, Klavdi eramızın 41-54-cü illəri arasında Roma suverenliyini Şimali Afrikaya qədər uzatmışdı.