Misirdən Qəzza zolağına yanacaq göndərilirbackend

Misirdən Qəzza zolağına yanacaq göndərilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS və İsrailin əldə etdiyi “döyüşlərdə humanitar fasilə” razılaşması çərçivəsində yanacaq dolu yük maşınlarının Misirdən Qəzza zolağına girməyə başladığı bildirilib.

NOCOMMENT.az xəbər verir ki,  Refah Sərhəd Qapısı Qəzza tərəfində yanacaq girişin başladığını təsdiqləyib.

Söz mövzusu yardım maşınları, maye yanacaq və mətbəx balonlarında istifadə edilmək üçün qaz daşıdıqları qeydə alınıb.

İsrailin Qəzza zolağına yanacağın girişini əngəlləməsi ilə bir çox xəstəxanalar işıqsız qaldığından, təcili yardım maşınları və həkimlər işlək vəziyyətdə olmadığı üçün fəaliyyətlərini davam etdirə bilməyiblər.