Misirin cənubundakı Assiut qubernatorluğunda üçmərtəbəli bina çökübbackend

Misirin cənubundakı Assiut qubernatorluğunda üçmərtəbəli bina çöküb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin cənubundakı Assiut qubernatorluğunda üçmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb, daha altı nəfər isə yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı CNN məlumat yayıb. Xilasetmə qruplarının hələ də axtarışları davam etdirdiyi bildirilir.

Məlumatda qeyd olunub ki, Assiut qubernatoru Essam Saad qəza yerinə gəlib və həlak olanların ailələrinə maliyyə yardımı, yaralılara bütün lazımi dəstəyi təmin etmək üçün aidiyyəti orqanlara tapşırıq verib. Hadisənin səbəblərinin öyrənilməsi və yaxınlıqdakı evlərin təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi komissiya yaradılacaq.

Qəzalı vəziyyətə düşmüş binaların bir qismi təxliyə edilib, vətəndaşların həyatını xilas etmək üçün zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilib.